Şotlandiyanın baş naziri Həmzə Yusif Qlazqo Universitetində əyalətin iqtisadiyyatı ilə bağlı çıxışında bildirib ki, Şotlandiya Britaniyadan müstəqillik qazanacağı təqdirdə rəqabətqabiliyyətli sektorlara böyük miqyaslı investisiyalar yatırılacaq.
Hafta.az-ın yazdığına görə, müstəqil Şotlandiyada iqtisadi dəyişikliklərin bir gecədə baş verməyəcəyini vurğulayan Yusif, çətinliklərin olacağına, digər tərəfdən İngiltərənin iqtisadi problemlərinin "sistemli" olduğuna diqqət çəkib.
Yusif deyib: "İngiltərə Avropanın şimal-qərbindəki qonşuları ilə müqayisədə aşağı iqtisadi göstəriciləri baxımından anomaliyadır. Bu o deməkdir ki, həyat standartları anormal dərəcədə aşağıdır. Bu tendensiyalar Brexitdən əvvəl artıq qüvvəyə minirdi”.
Həmzə Yusif İngiltərədəki Mühafizəkarlar Partiyası və İşçi Partiyasının uğursuz iqtisadi siyasətlərin yaratdığı çətinliklərə qarşı "yeni ümid və ya alternativ təklif etmədiyini" söyləyib.
Bununla belə, Şotlandiyanın bir seçimi olduğunu vurğulayan Yusif "Bu seçim, yerimizi aşağı məhsuldarlıq və yüksək bərabərsizliyə malik iqtisadi modelin bir hissəsi kimi qəbul edə və ya fərqli, daha yaxşı bir marşrut çizməyə qərar verə bilərik. Bu, daha yüksək, daha normal həyat standartlarına nail olmaq üçün bizə lazım olan səlahiyyətləri öz üzərinə götürmək deməkdir” deyib.